Bank Of Baku

İstirahət günlərində milli parklarda gözlənilən hava açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava açıqlanıb
# 21 iyul 2023 16:31 (UTC +04:00)

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Samur–Yalama milli parkında hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34°isti olacaq.

Altıağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° isti olacaq.

Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR