Bank Of Baku

İyulun ikinci ongünlüyündə orta temperatur ötən ildəkindən aşağı olub

İyulun ikinci ongünlüyündə orta temperatur ötən ildəkindən aşağı olub
# 27 iyul 2023 00:32 (UTC +04:00)

Respublikanın əksər bölgələrində iyul ayının ikinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim norması daxilində, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º aşağı olması ilə səciyyələnib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25º, Qarabağ bölgəsində, Mil - Muğan və Mərkəzi Aranda 25-26º, Lənkəran - Astara bölgəsində 24º, Gəncədə və Goranboyda 25-27º, Tovuz- Qazaxda 17-25º, Quba və Dağlıq Şirvanda 21-22º, Şəki - Zaqatalada 22-25º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 9º, Naxçıvanda, Qubada, Şəki-Zaqatala bölgəsində və Dağlıq Şirvanda 15º, Mil-Muğanda 19º, Mərkəzi Aranda 17-18º, Qarabağ bölgəsində, Tovuz- Qazaxda və Gəncədə 17º, Maştağada 20º təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR