Bank Of Baku

Küləkli hava bu gün gecəyə doğru mülayimləşəcək - FAKTİKİ HAVA

Küləkli hava bu gün gecəyə doğru mülayimləşəcək - FAKTİKİ HAVA
# 29 dekabr 2022 17:25 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Xidmətdən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək.

Dekabrın 30-u və bayram günlərində: dekabrın 31-i, 2023-cü il yanvarın 01-04 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR