Bank Of Baku

Leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA

Leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
# 08 sentyabr 2025 09:29 (UTC +04:00)

Sentyabrın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən APA-ya məlumat verilib

Qeyd edilib ki, Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR