Bank Of Baku

Qəbələdə qar yağıb, yollar buz bağlayıb - FOTO

Qəbələdə qar yağıb, yollar buz bağlayıb - FOTO
# 10 fevral 2023 08:58 (UTC +04:00)

Axşam saatlarında yağan qar və şaxtanın olması Qəbələdə yolların buz bağlamasına səbəb olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, Qəbələnin mərkəzi küçələri, eləcə də kəndlərinə gedən yollarda maşınların hərəkətində problemlər yaranıb.

Bununla yanaşı Qəbələ-İsmayıllı avtomobil yolunun rayonun Nohurqışlaq kənd ərazisindən keçən hissəsində yolların buzlu olması səbəbindən avtomobillərin hərəkətində ləngimələr yaranıb.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR