Bank Of Baku

Qubada 19 sm qar yağıb, temperatur -10 dərəcəyədək enib

Qubada 19 sm qar yağıb, temperatur -10 dərəcəyədək enib
# 12 mart 2022 12:29 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı, Quba və Qusar rayonlarına qar yağıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 19 sm, Qrızda isə 10 sm-ə çatıb. Qrızda temperatur mənfi 10 dərəcəyədək enib.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 15 sm, temperatur isə mənfi 4 dərəcə olub.

Bəzi ərazilərdə yağıntı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR