Bank Of Baku

Qubada qarın hündürlüyü 18 sm, temperatur isə mənfi 14 dərəcə olub

Qubada qarın hündürlüyü 18 sm, temperatur isə mənfi 14 dərəcə olub
# 24 fevral 2023 09:40 (UTC +04:00)

Ötən gün günorta saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

Regiona qar yağmağa başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 18 sm, Xaltan 12 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 7 sm olub.

Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarda 8 sm, rayonun Ləzə kəndində isə 15 sm qar müşahidə olunub.

Şabranda 5 sm və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 14 dərəcəyədək enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR