Bank Of Baku

Qubanın Qrız kəndində 15 dərəcə şaxta olub

Qubanın Qrız kəndində 15 dərəcə şaxta olub
# 17 mart 2022 09:33 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına qar yağıb.

Ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb.

Burda qarın hündürlüyü 32 sm-ə çatıb. Şabranda 2 sm, Xaçmaz 1 sm, Qubanın rayon mərkəzində isə 3 sm hündürlüyündə qar qeydə alınıb.

Qubanın Qrız kəndində 16 sm, Xaltanda 27 sm qar yağıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində olub.

Burda havanın temperaturu mənfi 15 dərəcəyəyə enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR