Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 19 mart 2022 13:12 (UTC +04:00)

Martın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2-5° isti, Bakıda gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR