Bank Of Baku

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 27 iyul 2023 12:16 (UTC +04:00)

İyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR