Bank Of Baku

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 19 dekabr 2025 12:31 (UTC +04:00)

Sabah Azərbaycanda hava necə olacaq?

Dekabrın 20-da gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR