Bank Of Baku

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 26 fevral 2026 12:32 (UTC +04:00)

Sabah Azərbaycanda hava necə olacaq?

Fevralın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR