Bank Of Baku

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib
# 17 fevral 2023 09:26 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib. Regiona qar yağmağa başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 2 sm, Xaltan 16 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 12 sm olub.

Xızının Altıağac qəsəbəsində 13 sm, Qusarın rayon mərkəzində isə 1 sm, Ləzə kəndində isə 12 sm qar müşahidə olunub.

Şabran və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR