Şimal bölgəsinə 25 sm qar yağıb, temperatur mənfi 8 dərəcəyədək enib - FOTO - VİDEO

Şimal bölgəsinə 25 sm qar yağıb, temperatur mənfi 8 dərəcəyədək enib - FOTO  - VİDEO
# 22 dekabr 2021 09:28 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar yağıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar qeydə alınıb. Quba rayon mərkəzində 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR