Bank Of Baku

Sulu qar, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
# 22 fevral 2023 14:13 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir.

Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında - fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR