Bank Of Baku

Temperatur 4-7 dərəcə enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Temperatur 4-7 dərəcə enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
# 23 avqust 2023 16:17 (UTC +04:00)

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrolemetorologiya Xidmətindən bildirilib.

Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR