Bank Of Baku

Yağıntılı hava şəraiti 17-dək davam edəcək

Yağıntılı hava şəraiti 17-dək davam edəcək
# 16 avqust 2025 10:19 (UTC +04:00)

Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR