Bank Of Baku

Yanvarın 2-si üçün hava proqnozu açıqlanıb

Yanvarın 2-si üçün hava proqnozu açıqlanıb
# 30 dekabr 2023 14:58 (UTC +04:00)

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Gecə - 2, +3 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Qazax-Gəncə bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir 15-18 m/s olacaq. Gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Balakən-Şəki bölgəsində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə - 2, +3, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Lənkəran-Astara bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Quba-Qusar bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Dağlıq Şirvan bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Şərqi-Zəngəzur bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. Gecə - 3, +2, gündüz 7-12 dərəcə isti olacaq.

Qarabağ bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaü. Mülayim qərb küləyi əsəcək. Gecə - 3, +2, gündüz 7-12 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR