Bank Of Baku

Azərbaycan və Türkiyə üç atıcı silahın birgə istehsalını təşkil edəcək

Azərbaycan və Türkiyə üç atıcı silahın birgə istehsalını təşkil edəcək
# 12 may 2010 19:31 (UTC +04:00)
Əmman. Rəşad Süleymanov, Şaiq Məmmədoğlu – APA. Azərbaycan Türkiyənin Makina və Kimya Sənayesi (MKE) şirkəti ilə birlikdə atıcı silahların istehsalı layihələrini həyata keçirməyi planlaşdırır. Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Y.Camalovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ekspert qrupu Türkiyəyə səfər edərək MKE-nin müəssisələrində olacaq.

«Bu çərçivədə üç atıcı silahın istehsalı üzrə danışıqlar aparılacaq. Eyni zamanda Azərbaycanda 12,7 mm çaplı atıcı silahların istehsalını həyata keçirən müştərək müəssisə yaradacağıq», deyə nazir bəyan edib.

Y.Camalov onu da bildirib ki, mayın 11-də Türkiyənin milli müdafiə naziri Vəcdi Könül ilə görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan gələcəkdə Türkiyənin reallaşdırdığı bir sıra hərbi layihələrdə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR