Bank Of Baku

İordaniya kralına Azərbaycan istehsalı olan «İstiqlal» snayper tüfəngi hədiyyə edilib - FOTO

İordaniya kralına Azərbaycan istehsalı olan «İstiqlal» snayper tüfəngi hədiyyə edilib - <font color=red>FOTO</font>
# 13 may 2010 08:36 (UTC +04:00)
APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, 1 ədəd «İstiqlal» snayper tüfəngi İordaniya Kral Xüsusi Qüvvələrinin stendində ön sırada, bu qüvvələrin istifadə etdiyi qabaqcıl ölkələrin silahları ilə bir yerdə nümayiş etdirilib.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında snayper tüfənginin İordaniya kralı II Abdullaha hədiyyə olunduğunu qeyd edib.

Qeyd edək ki, «İstiqlal» snayper tüfəngi Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış ilk milli atıcı silahdır. Tüfəng 2200 metr məsafədə hədəfləri məhv etmə, həmçinin döyüş maşınlarına qarşı tətbiq olunma qabiliyyətinə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR