Bank Of Baku

Azərbaycanda of tüfəngləri istehsal olunacaq

Azərbaycanda of tüfəngləri istehsal olunacaq
# 17 may 2010 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda of tüfənglərinin istehsalına başlanılacaq.

Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Y. Camalovun sözlərinə görə, hazırda bununla bağlı müvafiq hazırlıq işləri görülür. Nazir Azərbaycan daxilində ov silahlarına böyük tələbatın olduğunu, hazırda bunun xarici istehsal hesabına ödəndiyini vurğulayıb.

Y. Camalov hazırda Müdafiə Sənayesi Nazirliyi tərəfindən ov silahları üçün 16 mm çaplı patronların istehsal edildiyini də bildirib. Nazirin sözlərinə görə, Rusiya 16 mm çaplı patronların istehsalını dayandırandan sonra Azərbaycanda bu patronların qiyməti bahalaşıb. Amma yerli istehsala başlandıqdan sonra 16 mm çaplı patronların qiymətində yenidən ucuzlaşma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR