Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib
# 25 fevral 2011 16:31 (UTC +04:00)
Fbvqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə gerçəkləşən səfər çərçivəsində bu gün nazirlərin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş olub.

Görüşdə Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, hər iki qurum arasında fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin və kompleks tədbirlər planının hazırlanması barədə razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR