Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, mərhum Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarının birində toyda olub. O, toydan çıxıb yolu əks istiqamətə keçmək istəyərkən hadisə baş verib.
Faktla bağlı araşdırma davam etdirilir.
***
01.44
Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.