Qoşunların təmas xətində keçirilən monitorinq insidentsiz başa çatıb
01 mart 2011 11:25 (UTC +04:00)
Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistan Respublikasının Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, monitorinq baş tutub, heç bir insident qeydə alınmayıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.

Hərbi
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - VİDEO
19:38
6 may 2024
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
15:04
6 may 2024
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024