Paşha Bank
Bank Of Baku

Anar Eyvazov: “Birliyin Gücü – 2026” təlimi çərçivəsində kiber və hibrid təhdidlərə qarşı mübarizə tədbirləri keçirilir

Anar Eyvazov: “Birliyin Gücü – 2026” təlimi çərçivəsində kiber və hibrid təhdidlərə qarşı mübarizə tədbirləri keçirilir
# 01 oktyabr 2026 11:04 (UTC +04:00)

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində kiber və hibrid təhdidlərə qarşı mübarizə tədbirləri keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Xocavənd rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimi ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Qızılqaya təlim mərkəzində keçirilən məşqlər zamanı müxtəlif xarakterli təhdidlərə qarşı mübarizə üzrə ssenarilər icra olunur.

A.Eyvazov bildirib ki, təlimdə kiberhəmlələrin müəyyənləşdirilməsi və qarşısının alınması, dezinformasiyaya qarşı informasiya tədbirlərinin görülməsi, güc nümayişi və çəkindirmə, eləcə də antiterror əməliyyatları və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi istiqamətləri əhatə olunur.

Nazirlik rəsmisinin sözlərinə görə, təlim əsasən üç fazadan ibarətdir. Birinci mərhələdə hibrid təhdidlər, kiberhəmlələr və informasiya mübarizəsi üzrə fəaliyyətlər həyata keçirilir. İkinci mərhələdə diversiya cəhdlərinin qarşısının alınması və antiterror tədbirləri sınaqdan keçirilir. Sonuncu mərhələdə isə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqlar yerinə yetirilir.

A.Eyvazov əlavə edib ki, təlimin yekun mərhələsi keçirilən fəaliyyətlərin başa çatdırılmasını əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR