Bank Of Baku

Azərbaycan istehsalı olan “İTX-15M” personal və silah daşıyıcıları nümayiş etdirilib - FOTO

Azərbaycan istehsalı olan “İTX-15M” personal və silah daşıyıcıları nümayiş etdirilib - FOTO
# 30 sentyabr 2026 16:51 (UTC +04:00)

Azərbaycan istehsalı olan “İTX-15M” personal daşıyıcısı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
APA xəbər verir ki, 2026-cı ildə istehsal olunan “İTX-15M” saatda maksimum 110 kilometr sürətlə hərəkət edə bilir. Onun çəkisi 14 tondur.
“İTX-15M”i taktiki göstəricilərinə görə digər nəqliyyat vasitələrindən fərqləndirən cəhətlərdən biri də mina partlayışı testlərindən uğurla keçməsidir.

Bundan başqa, “İTX-15M” irihəcmli və müxtəlif silah sistemləri üçün əlverişli konfiqurasiyaya malik, “STANAG 4569 Level 3” qorunma səviyyəsinə sahib hərbi avtomobil ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
Çəkisi 12 ton olan hərbi avtomobil saatda maksimum 110 kilometr sürətlə hərəkət edə bilir.
Avtomobili digərlərindən fərqləndirən cəhətlərdən biri kabinə bağlı olan xüsusi təyinatlı silahların situasiyaya uyğun olaraq dəyişdirilə bilməsidir.
Avtomobil əsasən silah daşınması üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR