Bu gün Azərbaycan və Gürcüstan arasında 2021-ci ildə müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Baş nazir İrakli Qaribaşvili ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun görüşü zamanı imzalanacaq sənədin böyük önəmi olduğu vurğulanıb.