Paşha Bank
Bank Of Baku

Zakir Həsənov: Birgə təlimlər şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə töhfə verir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

© APA | Müdafiə naziri general-polkovnik Zakir Həsənov

# 01 oktyabr 2026 15:04 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxış edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nazir çıxışında belə təlimlərin orduların inkişafında mühüm rol oynadığını bildirib.

Zakir Həsənov təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də sülh və sabitliyin təmin olunmasına töhfə verdiyini vurğulayıb.

General-polkovnik qeyd edib ki, birgə təlimlər zamanı hərbi qulluqçuların qarşılıqlı fəaliyyətinin və bölmələr arasında uzlaşmanın gücləndirilməsi, müxtəlif tapşırıqların vahid yanaşma əsasında icrası üçün praktiki imkanlar yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR