4 gün əvvəl Masazır qəsəbəsindəki mağazaların birində içi qızılla dolu çantanı oğurlayan şəxs kameralar vasitəsiylə müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Masazır qəsəbəsi ərazisindəki mağazaların birində A.Çaruxçerə məxsus içərisində 30.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.