Bank Of Baku

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan
# 10 iyun 2026 11:35 (UTC +04:00)

“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) qəbul üçün qeydiyyat başlayıb.

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə həyata keçirilən AZSET beynəlxalq akademik standartları sənaye təcrübəsi ilə birləşdirən innovativ bakalavr təhsil proqramıdır.

Proqram Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən minimum 81 ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur.

Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə bilərlər.

AzTU-nun nəzdində təsis edilmiş AZSET çərçivəsində tələbələr kompüter elmləri üzrə beynəlxalq standartlara uyğun təhsil alacaq, eyni zamanda AZCON ekosistemində fəaliyyət göstərən şirkətlərdə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqlar. Tədris tamamilə ingilis dilində aparılacaq və Münhen Texniki Universitetinin (TUM) akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil olunacaq.

Seçim mərhələsini uğurla keçən tələbələr təhsillərini ikinci kursdan etibarən AZSET proqramında davam etdirə biləcəklər. Proqram məzunları AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatını əldə edəcəklər. Yüksək nəticə göstərən tələbələr üçün Münhen Texniki Universitetinə tədris səfərləri, məzunlar üçün isə AZCON ekosistemində karyera imkanları nəzərdə tutulub.

Qeydiyyat üçün: https://www.azsetedu.az/registration/account

AZSET haqqında

Qeyd edək ki, “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.

AZSET proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirəcək. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edəcək.

AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR