Bank Of Baku

MKA: Apple cihazlarında kritik təhlükəsizlik boşluğu aşkarlanıb

MKA: Apple cihazlarında kritik təhlükəsizlik boşluğu aşkarlanıb
# 30 oktyabr 2026 15:55 (UTC +04:00)

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçiləri diqqətli olmağa çağırır.

“APA-Economics” bu barədə agentliyə istinadən xəbər verir.

"CVE-2026-86950" identifikatoru ilə qeydə alınmış boşluq "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarına təsir edir. Problem təsvir və digər faylların emalına cavabdeh olan "CoreGraphics" komponentindəki təhlükəsizlik çatışmazlığı ilə əlaqədardır. Xüsusi hazırlanmış zərərli faylın açılması hücumçuya cihazda ixtiyari kod icra etmək imkanı verə bilər. Bu isə cihazın təhlükəsizliyinin pozulmasına və istifadəçi məlumatlarının icazəsiz əldə edilməsinə səbəb ola bilər.
"Apple" şirkətinin məlumatına görə, sözügedən zəiflikdən konkret şəxslərə qarşı hədəfli hücumlarda istifadə edilmiş ola bilər. Şirkət hücumların detalları barədə əlavə məlumat açıqlamasa da, zəifliyin aradan qaldırılması üçün müvafiq təhlükəsizlik yeniləmələri yayımlayıb,”- məlumatda qeyd olunub.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini həyata keçirməyi tövsiyə edir: iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini mövcud ən son versiyaya yeniləyin;
* iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini mövcud ən son versiyaya yeniləyin;
* Avtomatik sistem yeniləmələrini aktiv edin;
* Naməlum və etibarsız mənbələrdən əldə edilən faylları açmayın.
Cihazları qorumaq üçün mövcud yeniləmələri dərhal tətbiq etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR