Paşha Bank
Bank Of Baku

Azərbaycan Milli QHT Forumu Ermənistanın Bərdəni bombalamasının ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu Ermənistanın Bərdəni bombalamasının ildönümü ilə bağlı bəyanat yayıb
# 27 oktyabr 2026 19:18 (UTC +04:00)

2020-ci il oktyabrın 27-28-də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə və Qarayusifli kəndinə endirdiyi raket zərbələrindən altı il ötür.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun bəyanatında deyilir.

Bəyanatda xatırladılıb ki, mülki əhalinin sıx yaşadığı ərazilərə həyata keçirilən hücumlar nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, 27 dinc sakin həyatını itirib, 70-dən çox insan yaralanıb, yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəyib.

“Azərbaycan vətəndaş cəmiyyəti olaraq, bu faciənin qurbanlarını dərin hüzn və ehtiramla anır, mülki əhaliyə qarşı törədilmiş hücumları qətiyyətlə pisləyirik.

Bərdə faciəsi müharibə zamanı mülki əhalinin qorunmasının vacibliyini bir daha nümayiş etdirən ağır cinayət hadisəsidir. Beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə Konvensiyalarına Əlavə I Protokolun və Roma Statutunun müvafiq müddəaları mülki şəxslərə qarşı qəsdən hücumları qadağan edir. Hesab edirik ki, Bərdədə dinc insanların ölümü ilə nəticələnən hücumlara beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməli, məsul şəxslərin cavabdehliyi təmin olunmalıdır.

Azərbaycan vətəndaş cəmiyyəti beynəlxalq ictimaiyyəti Bərdə faciəsinə və müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş digər hücumlara prinsipial münasibət göstərməyə çağırır. Günahsız insanların yaşamaq hüququnun kobud şəkildə pozulması unudulmamalı, qurbanların hüquqlarının müdafiəsi və ədalətin bərpası istiqamətində ardıcıl səylər göstərilməlidir. Ədalətin təmin olunması təkcə faciə qurbanlarının xatirəsinə ehtiram deyil, həm də gələcəkdə oxşar cinayətlərin qarşısının alınması üçün mühüm şərtdir.

Biz Ermənistan vətəndaş cəmiyyətini də insan hüquqlarının müdafiəsi, tarixi həqiqətlərin qəbul edilməsi və davamlı sülh naminə həmrəyliyə çağırırıq. İnanırıq ki, keçmişin faciələrindən nəticə çıxarılması, zorakılığın və revanşizm çağırışlarının rədd edilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi xalqlarımızın dinc gələcəyinə xidmət edəcəkdir. Ədalət və sülh bir-birinə alternativ deyil, əksinə, davamlı barışığın və gələcək nəsillərin təhlükəsizliyinin ayrılmaz təməlləridir”, - bəyanatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR