Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 12%-dən çox artıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 12%-dən çox artıb
# 15 iyul 2024 10:41 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1618,6 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur.

Göstərilən xidmətlərin 74,5%-ni əhali istehlak edib. Əldə edilən gəlirin 36,2%-i və ya 585,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR