Azərbaycanda mobil operatorlar beş ayda 500 mln. manata yaxın gəlir əldə edib

Azərbaycanda mobil operatorlar beş ayda 500 mln. manata yaxın gəlir əldə edib
# 14 iyun 2024 12:56 (UTC +04:00)

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 1 milyard 320,6 milyon manat təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5% artıb və eyni zamanda bu xidmətlərin 74.9%-i əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 36,4%-i və ya 480,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR