Azərbaycanın gizli xəzinələri: TikTok-da mütləq ziyarət edilməli muzeylər

Azərbaycanın gizli xəzinələri: TikTok-da mütləq ziyarət edilməli muzeylər
# 14 iyun 2024 12:44 (UTC +04:00)

Tarixi, mədəniyyəti və irsi ilə zəngin ölkə olan Azərbaycan kəşf olunmağı gözləyən saysız-hesabsız gizli xəzinələrə ev sahibliyi edir. Qədim artefaktlardan tutmuş müasir incəsənətə qədər Azərbaycanın muzeyləri onun füsunkar keçmişinə və canlı bugününə nəzər salmaq imkanı verir. TikTok-un Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi #TikTokdanÖyrən təşəbbüsü sayəsində bu mədəniyyət inciləri ilə tanış olmaq heç bu qədər asan olmamışdı. Bu təşəbbüs Azərbaycanın hər yerindən istifadəçilərə qısa video formatları vasitəsilə biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı verən təhsil məzmununun yaradılmasını təşviq etmək məqsədi daşıyır.

Təşəbbüs sayəsində Azərbaycanda 6 muzey TikTok-da öz hesablarını yaradıb və indi platformanın istifadəçilərinə kolleksiyaları haqqında məlumat verir, öz eksponatları haqqında ən maraqlı hekayələri paylaşır və Azərbaycandan gələn ziyarətçiləri və dünyanın hər yerindən turistləri cəlb edərək, özlərini təbliğ edirlər. Layihə çərçivəsində TikTok-da Azərbaycan muzeylərindən olan videolara ümumilikdə 420 000 dəfədən çox baxılıb.

Gəlin TikTok-da Azərbaycanın mütləq ziyarət edilməli muzeylərindən bəzilərinə virtual səyahətə çıxaq.

@nationalcarpetmuseum

Azərbaycan Milli Xalça Muzeyində mürəkkəb naxışlar və canlı rənglər dünyasına addım atın. Muzeyin TikTok hesabından siz muzeydə qorunan ən qədim zərgərlik nümunələrini üzə çıxara, Sumax xalçaları haqqında maraqlı faktları araşdıra, xalçalardakı naxışların mənasını aça və Azərbaycanın zəngin xalçalarl, toxuculuq ənənəsi haqqında çoxlu maraqlı məlumatlar kəşf edə bilərsiniz.

@nmuseumhistoryazerbaijan

Milli Azərbaycan Tarixi Muzeyində zamana səyahətə çıxın. Onların TikTok hesabı vasitəsilə siz muzeyin yerləşdiyi binanı araşdıra və onun tarixi əhəmiyyətini öyrənə bilərsiniz. Xurşidbanu Natəvana məxsus eksponatlarla tanış ola, mənəvi mədəniyyətə aid arxeoloji tapıntılar, dulusçuluq və Azərbaycanın zəngin keçmişinə dair fikirlər təklif edən digər tarixi əsərlər kəşf edə bilərsiniz.

@musicmuseum.az

Milli Musiqi Muzeyində Azərbaycanın musiqi irsinin ritminə köklənin. Onların TikTok hesabında siz məşhur musiqiçilərin həyatına qərq ola, qədim musiqi alətləri ilə tanış ola və muzeyin füsunkar kolleksiyalarına virtual ekskursiya edə bilərsiniz. Ənənəvi melodiyalardan tutmuş müasir kompozisiyalara qədər Milli Musiqi Muzeyi Azərbaycanın müxtəlif musiqi mənzərəsini tərənnüm edir.

@yaratcontemporaryart

Yarat Müasir İncəsənət Mərkəzində Azərbaycan incəsənətinin yeniliklərini yaşayın. Onların TikTok hesabı vasitəsilə siz mərkəzdə mövcud olan ən son sərgilərdən xəbərdar ola, sənət əsərinin arxasında duran mövzular və konsepsiyalar haqqında məlumat əldə edə və sərgilərə hazırlıq prosesini izləyə bilərsiniz. Yarat Müasir İncəsənət Mərkəzi avanqard instalyasiyalardan tutmuş düşündürücü tamaşalara qədər yaradıcılıq və innovasiya sərhədlərini aşır.

Beləliklə, istər tarix, istər sənət həvəskarısınızsa və ya sadəcə olaraq Azərbaycanın mədəni irsi ilə maraqlanırsınız, bu valehedici ölkənin gizli xəzinələrini üzə çıxarmaq üçün onların TikTok hesablarına baş çəkin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR