Bakıda “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçirilir.
“APA-Economics” xəbər verir ki, tədbir etik hakerləri, kibertəhlükəsizlik tədqiqatçılarını, “red team” mütəxəssislərini və sahə üzrə beynəlxalq ekspertləri bir araya gətirib.
Konfransda dövlət qurumlarının nümayəndələri, korporativ təhlükəsizlik rəhbərləri, beynəlxalq texnologiya şirkətlərinin təmsilçiləri və kibertəhlükəsizlik mütəxəssisləri iştirak edirlər.
Tədbirin əsas müzakirə mövzuları hücum təhlükəsizliyi, kritik infrastrukturun və SCADA/ICS sistemlərinin qorunması, süni intellekt əsaslı kibertəhdidlər, “dark web” kəşfiyyatı, kiber-geosiyasət və EDR sistemlərindən yayınma taktikalarıdır.
Konfrans çərçivəsində müasir kiberhücum üsulları, informasiya sistemlərində təhlükəsizlik boşluqlarının aşkarlanması, rəqəmsal infrastrukturun müdafiəsi və yeni nəsil kibertəhlükələrə qarşı mübarizə mexanizmləri müzakirə olunur.
Qeyd edək ki, “CyberHackCon 2026” Azərbaycanda keçirilən ilk beynəlxalq etik haker konfransıdır.