Paşha Bank
Bank Of Baku

CyberHackCon rəhbəri: Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur

“CyberHackCon 2026” beynəlxalq etik haker konfransının təsisçisi və baş icraçı direktoru İlkin Cavadov

© APA | “CyberHackCon 2026” beynəlxalq etik haker konfransının təsisçisi və baş icraçı direktoru İlkin Cavadov

# 27 oktyabr 2026 10:39 (UTC +04:00)

Son hesabatlara əsasən, hər altı kiberhücum hadisəsindən birində hücum edən tərəf süni intellekt texnologiyalarından aktiv istifadə edir.

“APA-Economics” xəbər verir ki, bunu “CyberHackCon 2026” beynəlxalq etik haker konfransının təsisçisi və baş icraçı direktoru İlkin Cavadov tədbirin açılışında bildirib.

Onun sözlərinə görə, sosial mühəndislik hücumlarının 80%-dən çoxunda da süni intellekt texnologiyalarından istifadə olunur.

İ.Cavadov qeyd edib ki, süni intellektin geniş tətbiqi kiberdələduzluq hallarının təxminən 35% artmasına səbəb olur.

“Süni intellekt yalnız hücum edən tərəfə məxsus deyil. Bu texnologiya onu daha tez mənimsəyən, daha effektiv istifadə edən və inkişafdan geri qalmayan müdafiəçilər üçün də imkanlar yaradır”, – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR