Bu ilin beş ayında Azərbaycanda ümumilikdə 1 385 126 IMEI nömrə qeydiyyata alınıb

Bu ilin beş ayında Azərbaycanda ümumilikdə 1 385 126 IMEI nömrə qeydiyyata alınıb
# 01 iyul 2024 10:45 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplu idxal və fiziki şəxslər üzrə ümumilikdə 1 385 126 IMEI (mobil cihazın beynəlxalq idnetifikasiyası) nömrə qeydiyyata alınıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-dən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.

Qeyd edək ki, 2013-2023-cü illərdə ölkədə 25 milyondan çox IMEI nömrə qeydiyyatdan keçirilib. Bu ilin may ayınadək 19 155 IMEI kod “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1 449 271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla sözügedən tarixə qədər 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Məlumat üçün deyək ki, vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR