Rəşad Nəbiyev Siyəzəndə vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Siyəzəndə vətəndaşları qəbul edəcək
# 14 iyun 2024 17:58 (UTC +04:00)

25 iyun 2024-cü il tarixində saat 09:00-da Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 24 iyun 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR