Paşha Bank
Bank Of Baku

Saməddin Əsədov: Azərbaycanda 134 mindən çox botnet yoluxması aşkarlanıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov

© APA | Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov

# 19 noyabr 2026 10:50 (UTC +04:00)

Bu il Azərbaycanda aparılan monitorinq nəticəsində 134 mindən çox botnet yoluxması müəyyən edilib.

“APA-Economics” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, monitorinq zamanı zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox veb-defeysment və DDoS hücumu da müəyyən edilib:

“Bundan başqa, 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb. Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulmuş, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılmışdır. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR