Qədim “Şərq” muğam ansamblı London Universiteti və “BBC” radiosunda konsert proqramı ilə çıxış edib
26 fevral 2007 07:54 (UTC +04:00)
Azərbaycanın “Şərq” muğam ansamblının üzvləri Böyük Britaniyada uğurlu konsert proqramı ilə çıxış ediblər. YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə eksperti, sənətşünaslıq elmləri namizədi Sənubər Bağırovanının APA-ya verdiyi məlumata görə, səfər London Universitetinin dəvəti ilə gerçəkləşib. Qədim “Şərq” mugam ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının müəllimi, tanınmış dəf ustası Mahmud Salah, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Elman Sadıqov, Respublika Muğam Müsabiqəsinin diplomantı Qoçaq Əsgərov Londonda muğam sənətimizi uğurla təbliğ ediblər. S. Bağırova bildirib ki, London Universiteti Musiqi Departamenti SOAS-da (Şərq və Afrika Tədqiqatları Studiyası) Azərbaycan muğamları ilk dəfə səslənib. Bundan başqa “Şərq” muğam ansamblının üzvləri “BBC” radiosunda da çıxış ediblər. Bu, adı çəkilən radiostansiyanın tarixində ilk muğam proqramı olub. /APA/
İncəsənət
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024