Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçdə səfərdədir
12 aprel 2007 08:33 (UTC +04:00)
Aprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçin mədəniyyət və kilsə işləri naziri Trond Giskenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. APA-nın məlumatına görə, səfər aprelin 14-də yekunlaşacaq. Nazir aprelin 11-də Stavanger şəhərində keçən ilin noyabr ayında açılmış “Karvansaray - Azərbaycanın keçmişi və bu günü” adlı sərginin rəsmi bağlanışında iştirak edib. Səfər çərçivəsində mədəniyyət və turizm naziri həmçinin Norveçin paytaxtı Osloda görüşlər keçirəcək, bir sıra danışıqlar aparacaq və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə dair görüşlər
keçiriləcək. Ə. Qarayev Norveçdən birbaşa Moskvaya gedəcək. Nazirin səfəri 15-19 aprel tarixlərində Moskvada keçiriləcək Azərbaycan mədəniyyət günlərində iştirak etmək məqsədi daşıyır. /APA/
keçiriləcək. Ə. Qarayev Norveçdən birbaşa Moskvaya gedəcək. Nazirin səfəri 15-19 aprel tarixlərində Moskvada keçiriləcək Azərbaycan mədəniyyət günlərində iştirak etmək məqsədi daşıyır. /APA/
İncəsənət
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024