Bank Of Baku

Əbülfəs Qarayev: “Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur”

Əbülfəs Qarayev: “Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur”
# 14 mart 2008 11:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, nəşriyyatların bu qaydaya riayət etməməsi məsələsi qaldırılacaq və lazımi tədbirlər görüləcək: “Əfsuslar olsun ki, bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur. Biz ölkəmizin daxilində buna ciddi nəzarət etməliyik”. Ə. Qarayev Azərbaycanda kitab satışının da ciddi problemlərdən biri olduğunu bildirib: “İstər-istəməz kitab satışının olmaması problemi gənclərimizin kitaba marağını azaldıb. Ona görə bu gün bizim kitabxana işinin təkmilləşdirilməsinə dair hazırladığımız proqramda bu məsələni xüsusi olaraq göstərmişik. Qeyd etdiyim proqram artıq bütün lazımi instansiyalardan keçib və öz təsdiqini gözləyir. Həmin proqramda Bakıda və böyük şəhərlərdə kitabxanaların tək kitabxana şəklində deyil, Kitabxana və İnformasiya Mərkəzi kimi, bəzi yerlərdə həm də kitab dükanı kimi fəaliyyət göstərməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR