Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
APA xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, onunla vida mərasimi Təzə Pir məscidində keçirilib.
***
saat 13.25
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.
APA xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
***
12 noyabr, saat 12.31
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.
Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.