Bank Of Baku

Brüsseldə Azərbaycan rəssamlarının “Azərbaycan və dünya gömrüyü” mövzusunda sərgisi açılıb

Brüsseldə Azərbaycan rəssamlarının “Azərbaycan və dünya gömrüyü” mövzusunda sərgisi açılıb
# 15 mart 2008 10:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Brüsseldə Azərbaycan rəssamlarının “Azərbaycan və dünya gömrüyü” mövzusunda sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya bildirib ki, sərgidə Ağəli İbrahimov, Nazim Rəhmanov, Cəbrayıl Əliyev, Hadejda İbrahimova, Əli Şəmkiyev və digər rəssamların çəkdikləri Azərbaycanın görkəmli gömrükçülərinin portretləri, Azərbaycan gömrüyünün tarixini əks etdirən əsərlər, plakatlar və əl işləri nümayiş etdirilir. İki həftə davam edəcək sərgi
Brüsselin Mərkəzi İncəsənət Salonunda təşkil olunub. Ə. Qarayev deyib i, Azərbaycan rəssamlarının növbəti sərgisi İpək Yolu boyunca yerləşən ölkələrin gömrük sisteminə həsr olunacaq. Katib hazırda bu layihənin həyata keçirilməsi ilə bağlı danışıqların getdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR