Bank Of Baku

Xalq rəssamı Maral Rəhmanzadə ilə vida mərasimi keçirilib

Xalq rəssamı Maral Rəhmanzadə ilə vida mərasimi keçirilib
# 17 mart 2008 13:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq rəssamı Maral Rəhmanzadə ilə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Maral Rəhmanzadənin Azərbaycan təsviri sənətində xidmətlərini yüksək qiymətləndirib: “Maral Rəhmanzadə ömrünün 70 ilini Azərbaycan rəssamlıq sənətinin inkişafına həsr edib. O, həm insanlığı, həm də sənəti ilə daim ürəyimizdə yaşayacaq”. Vida mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş Ömər Eldarov, xalq rəssamı Rafiq Mehdiyev də çıxış ediblər. Mərhum Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR