Bank Of Baku

Azərbaycanda “Zirvə” mükafatının qalibləri mükafatlandırılıb

Azərbaycanda “Zirvə” mükafatının qalibləri mükafatlandırılıb
# 19 mart 2008 14:22 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı APA. Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatının təltif olunma mərasimi keçirilib. APA-nın məlumatına görə, mükafat 2007-ci ildə teatr, musiqi, təsviri sənət sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə təqdim olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hər il Novruz bayramı ərəfəsində əvvəlki ilin nailiyyətləri qeyd ediləcək. 5 nominasiya üzrə nominantların adları açıqlanıb. Teatr sahəsi üzrə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi, musiqi sahəsi üzrə xalq artisti, dirijor Rauf Abdullayev, təsviri sənət üzrə xalq rəssamı Natiq Əliyev, “ilin debütü” nominasiyası üzrə muğam ifaçısı Elməddin İbrahimov və Dövlət Gənclər Simfonik Orkestri, “mədəni sərvət” bölməsi üzrə xalq artisti Alim Qasımov “Zirvə”yə layiq görülüb. Qaliblərə 5000 manat məbləğində pul, rəmzi simvol və diplom təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR