Bank Of Baku

Komidə Azərbaycan Mədəniyyət Günləri keçirilir

Komidə Azərbaycan Mədəniyyət Günləri keçirilir
# 21 mart 2008 09:13 (UTC +04:00)
Komi APA. Rusiya Federasiyasının Komi Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçirilir. APA-nın “Kominform”a istinadən verdiyi məlumata görə, martın 20-də Komi Opera və Balet Teatrında Azərbaycan milli geyimlərinin sərgisi və fotosərgi təşkil edilib. Daha sonra Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivinin çıxışı olub. Bu gün isə Komi Filarmoniyasında Novruz münasibətilə bayram tədbiri keçirilib. Mədəniyyət Günləri martın 23-də başa çatacaq. Həmin gün Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi Usinski adına Mədəniyyət Sarayında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR