Bank Of Baku

Lənkəranda köhnə həbsxananın bərpasına başlanılıb

Lənkəranda köhnə həbsxananın bərpasına başlanılıb
# 25 mart 2008 10:44 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev - APA. Lənkəranda XVIII əsrdə inşa olunmuş dairəvi qalanın bərpasına başlanılıb. Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin tarix-mədəniyyət abidələrinin baş mühafizəçisi İlqar Əzimovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, bərpa zamanı qalanın əvvəlki formasını qorumaq məqsədilə mütəxəssis heyəti onun Sankt-Peterburqda saxlanılan layihə sənədləri, eskiz və fotoları ilə tanış olublar. Qalanın bərpasına dövlət tərəfindən 150 min manat vəsait ayrılıb və işlər bu ilin sonuna kimi başa çatdırılacaq.
Qeyd edək ki, bu qala 1750-ci ildə Nadir şah tərəfindən tikilib və qədim Lənkəran qalasının istehkamı kimi nəzərdə tutulub, Çar Rusiyası dövründə isə müxtəlif məqsədlər üçün, o cümlədən həbsxana kimi istifadə olunub. Nüfuzlu el ağsaqqalı, tədqiqatçı-alim Mirhaşım Talışlının APA-ya bildirib ki, keçmiş SSRİ-nin rəhbərlərindən olmuş İosif Stalin də ötən əsrin əvvəllərində bir müddət bu qalada həbsdə saxlanılıb.
İkinci dünya müharibəsindən sonra baxımsızlıq ucbatından dairəvi qala şəbəkəsi tədricən yararsız hala düşüb, onun dam örtüyü uçub, divarları dağılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərarla Lənkəran həbsxanası tarixi abidə, sonralar isə dövlət əhəmiyyətli abidə statusunu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR