Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfirliyi “Almaniya bir rəssamın gözü ilə qara, qırmızı və qızılı rənglərdə” mövzusunda müsabiqə keçirir

Almaniyanın Azərbaycandakı səfirliyi “Almaniya bir rəssamın gözü ilə qara, qırmızı və qızılı rənglərdə” mövzusunda müsabiqə keçirir
# 31 mart 2008 12:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyanın Azərbaycandakı səfirliyi “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Alman-Azərbaycan İqtisadi Yardım İttifaqı ilə birlikdə “Almaniya bir rəssamın gözü ilə qara, qırmızı və qızılı rənglərdə” mövzusunda rəssamlıq müsabiqəsi keçirir. “Qız Qalası” İncəsənət Qalereyasından APA-ya verilən məlumata görə, müsabiqədə yalnız azərbaycanlı rəssamların iştirak etmək hüququ var. Əsərlər 31 may tarixinədək Almaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır. Təşkilatçılardan ibarət münsiflər heyəti tərəfindən müsabiqənin iki qalibi müəyyənləşdiriləcək. Qaliblər Almaniyaya incəsənət xarakterli proqramı əhatə edən səfərə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR